Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov raketin təkmilləşdirilməsi proqramı ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası prezident Volodimir Zelenskinin təsdiqi ilə Ukraynanın raket inkişafı layihələrinin 2031-ci ilə qədər uzadıldığını açıqlayıb.
"Moskva gəmisinin vurulması gündəmdə olduğu halda, raket proqramı ilə bağlı bir neçə şey söyləmək lazımdır. Prezident Zelenskinin iradəsi olmadan silahlarımız olmazdı. Raket proqramımız bir gün də dayanmadı. 2019-cu ildə hər şeyin dayandığı haqda yayılan şayiələr yalandır. Zelenski 2019-cu ilin iyul ayının əvvəlində 2030-cu ilə qədər raketin hazırlanması proqramını müəyyən etdi. Əsas layihələrdən biri olan “Olha” və “Neptun” raketlərinin sınaq atışları da həyata keçirilib” - Danilov bildirib.
Proqramın ümumi büdcəsinin 200 milyard qrivnaya (6,5 milyard dollar) çatacağı gözlənilir.