“Microsoft” virtual reallıq üçün əlcək icad edib - FOTO/VİDEO

24-04-2022, 10:33           
“Microsoft” virtual reallıq üçün əlcək icad edib - FOTO/VİDEO
“Microsoft” virtual reallıq (VR) əlcəyini patentləşdirib.

Bu barədə “PatentlyApple” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma hissini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc mexanizmi yerləşdirməyi, onu sensorlar və yığcam mühərriklərlə təchiz etməyi təklif ediblər.

VR-də obyektlə təmas halında sensorlar mühərriklərə siqnal göndərəcək, bu da obyektlə toxunuşu simulyasiya edəcək.


Patentə əsasən, ixtira edilmiş qurğu peşəkar mühitdə və video oyunlarda istifadə üçün nəzərdə tutulub.

Jurnalistlər qeyd ediblər ki, VR əlcəkləri “Xbox”da virtual reallıq oyunlarında istifadə oluna bilər, lakin “Microsoft”un bu istiqamətdə planları barədə heç nə məlum deyil.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru