Neft qiymətləri 2 həftəlik minimuma endi - SƏBƏB

25-04-2022, 10:17           
Neft qiymətləri 2 həftəlik minimuma endi - SƏBƏB
Dünya birjalarında neft qiymətləri sürətlə ucuzlaşaraq 2 həftəlik minimuma enib.

Paralel.az ın məlumatına görə, buna səbəb Şanxayda uzun müddət davam edən COVID-19 məhdudlaşmaları və ABŞ-ın potensial faiz artımlarının qlobal iqtisadi artıma və yanacaq tələbinə zərər verəcəyinə dair yaranan narahatlıqlar olub.

"Brent" markalı neft fyuçersləri 3,15 dollar və ya 3% ucuzlaşaraq bareli 103,50 dollar olub. Sessiyanın əvvəlində isə 103,41 dollara enib ki, bu da aprelin 12-dən bəri ən aşağı səviyyədir.

ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri 3,01 dollar və ya 3,0% ucuzlaşaraq, bir barel üçün 99,06 dollara enib və aprelin 12-dən bəri ən aşağı səviyyə olan 98,93 dollara düşüb.

Qeyd edək ki, ötən həftə tələblə bağlı narahatlıqlarına görə neft fyuçersləri təqribən 5% dəyər itirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru