Cənab nazir, Cəlilabadda təyin etdiyiniz şöbə müdiri narkoman imiş

19-04-2016, 10:10           
Cənab nazir, Cəlilabadda təyin etdiyiniz şöbə müdiri narkoman imiş
Ötən yazılarımızda Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri haqqında qısa məlumat vermişdik.
“Cəlilabadda şöbə müdiri kimə arxalanır?” başlıqlı məqalədə göstərmişdik ki, şöbə müdirinin ətrafında gəzən söz-söhbətlər heç də əsassız deyil.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, sözügedən şöbənin müdiri bir zamanlar narkotik istifadəcisi kimi həbs edilib. Belə ki, şöbənin Rəşad Salmanov adlı müdirini hüquq mühafizə orqanları saxlamış, onun üzərindən götürülən narkotik maddi sübüt kimi iş materiallarına əlavə edilib. Beləliklə, AR CM-nin 234 maddəsi ilə çcinayət işi açılır. Bir müddət həbsxana həyatını yaşayan Rəşad Salmanov sonradan “müəllim” statusuna sahib çıxır.

Yaxınlarının köməkliyi nəticəsində üzərində olan həbs olmamış kimi təqdim edilir. Əslində məsələnin ciddiliyi birbaşa Mədəniyyət və Turizim naziri Əbulfəz Qarayevi narahat etməlidir. Adında da bəllidir ki, belə bir dövlət müəssisəsinə narkotik istifadəçisi və həbs xana həyatını yaşayan Rəşad Salmanovu rəhbər təyin etmək özü bir biabırçılıqdır.

Cəlilabad Rayon Mədəniyyət və Turizim Şöbəsinin müdiri Rəşad Salmanovun keçmişi onun rəhbər vəzifəyə təyinatını əngəlləyir. Çox istərdik ki, rayon rəhbərliyi və Mədəniyyət və Turizim Naziri Əbulfəz Qarayev Rəşad Sadıqovun dosyesinə nəzər yetirsinlər. İnanmaq isdərdik ki, nazir bu cür saxtakarlıqlara getməyəcək.

Araşdırmalarımız davam edir..
Dosye.org
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.