Benzinin ən baha olduğu ölkələr açıqlanıb

7-05-2022, 09:47           
Benzinin ən baha olduğu ölkələr açıqlanıb
Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.

SİA xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

Ən aşağı qiymətlər Venesuela (0,01 dollar), İran (0,14 dollar), Küveyt (0,35 dollar), Nigeriya (0,41 dollar) və Misirdə (0,43 dollar) qeydə alınıb. Sonrakı yerdə Malayziya (0,53 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), BƏƏ (0,59 dollar), Rusiya (0,66 dollar) və Pakistan (0,69 dollar) gəlir.

Benzinin ən yüksək qiyməti olan ölkələrin siyahısına İsveçrə (1,59 dollar), Fransa (1,61 dollar), Portuqaliya (1,61 dollar), İsveç (1,62 dollar), Finlandiya (1,63 dollar) daxildir. Onlardan sonra İsrail (1,66 dollar), Danimarka (1,7 dollar), Hollandiya (1,71 dollar), Yunanıstan (1,72 dollar), İtaliya (1,74 dollar) və Norveç (1,82 dollar) gəlir.

Araşdırma 61 ölkəni əhatə etsə də, Ukrayna bura daxil edilməyib. Ukrayna yanacaqdoldurma məntəqələrində A-95 markalı benzinin 1 litrinin orta qiyməti 1,2 dollar civarında dəyişir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru