Məxfi xəritə, “zirehli” noutbuk və kələm şorbası: Ukraynada müharibə sərgisi açılıb - FOTO

10-05-2022, 11:23           
Məxfi xəritə, “zirehli” noutbuk və kələm şorbası: Ukraynada müharibə sərgisi açılıb - FOTO
Kiyevdə əsasən hərbi qənimətlərdən və müharibənin digər “yadigarlarından” ibarət sərgi açılıb.

Eksponatlarla Ukrayna Milli Tarixi Muzeyində tanış olmaq olar.

Sərgidə Ukrayna Silahlı Qüvvələrinin qənimətlərilə yanaşı, həm də yerli sakinlərin gizləndikləri sığınacaqların rekonstruksiyasını da görmək mümkündür.

Təqdim olunan nümunələr arasında Rusiya hərbçilərinin çəkmələri və geyimləri, onların qidaları - məsələn, şüşə qablarda kələm şorbası da var.

Həmçinin, burada Rusiya hərbçilərinin sənədləri, vərəqələri, üzərində paytaxtın bir hissəsini tutmaq planı olan xəritə, rusiyalı hərbçinin gülləkeçirməz jiletində gizlətdiyi noutbuku və müxtəlif sursatların qalıqları da var.

Ekspozisiyalardan biri də Qostomeldəki mülki şəxslərin sığınacağının reproduksiyasıdır.

Sərgidə həmçinin dağıdılmış kilsənin günbəzi və ikonası da nümayiş olunur.



Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru