Bakıda dizel limitlə satılır? - SOCAR-dan AÇIQLAMA

12-05-2022, 10:20           
Bakıda dizel limitlə satılır? - SOCAR-dan AÇIQLAMA
Dünən axşam saatlarında Bakıdakı yanacaq doldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Sürücülərin bildirdiyinə görə, "Azpetrol" yanacaqdoldurma məntəqəsindən başqa, digər YDM-lərdə dizel limitlə satılıb.

Qeyd edilib ki, buna səbəb Neft Emalı Zavodunda aparılan təmir işləridir.

Məsələ ilə bağlı “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda bu sahədə hansısa problem yoxdur:

"Hazırda "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur. Qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir".

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri həyata keçirilir.

Bu səbəbdən 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək./modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru