Azərbaycanda MTK açıq məkanda reklam haqqında qanunvericiliyi pozdu

13-05-2022, 11:18           
Azərbaycanda MTK açıq məkanda reklam haqqında qanunvericiliyi pozdu
"Monparnas" Mənzil-Tikinti Kooperativi (MTK) açıq məkanda reklam haqqında qanunvericiliyi pozub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Fərid Yaqubovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Kamal Məmmədov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru