Aytən Məmmədovanı hədələyən şəxsin axtarışları ilə bağlı DİN-dən AÇIQLAMA

13-05-2022, 09:36           
Aytən Məmmədovanı hədələyən şəxsin axtarışları ilə bağlı DİN-dən AÇIQLAMA
Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov istintaqın gedişi və digər xüsusatlarla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: "Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır.

Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik".

Qeyd edək ki, bir neçə gün öncə jurnalist A.Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnmişdi. Onun Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələndiyi iddia olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru