Avropada uşaqlarda müşahidə olunan hepatit virus xarakterli ola bilər - HƏKİMDƏN AÇIQLAMA

15-05-2022, 09:43           
Avropada uşaqlarda müşahidə olunan hepatit virus xarakterli ola bilər - HƏKİMDƏN AÇIQLAMA
Avropanın bir sıra ölkələrində son dönəmlər uşaqlar arasında geniş yayılan naməlum etiologiyalı hepatit xəstəliyi yeni virusdan qaynaqlana bilər.

Bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun QİÇS-in qarşısının alınması və onunla mübarizə üzrə elmi mərkəzinin rəhbəri Vadim Pokrovski bildirib.

O, hepatitin virus xarakterli olması nəzəriyyəsini irəli sürüb.

Pokrovskinin sözlərinə görə, alimlər əvvəllər məlum olmayan virus və ya əvvəllər məlum olan virusun yeni variantı ilə bağlı araşdırmalar aparırlar. O, autoimmun hepatitin yaranması versiyasını məqbul hesab etmir, belə ki, xəstəliyin kəskin gedişatı bu xəstəlik qrupu üçün xarakterik deyil.

Alim əlavə edib ki, bir neçə risk faktoru üst-üstə düşmürsə, hazırda müşahidə olunan xəstəliyin yayılma mənzərəsi kifayət qədər spesifikdir. O, bunun toksik hepatit ola bilmə ehtimalını mümkün hesab etdiyini, lakin müxtəlif şəhərlərdən olan uşaqlarda zəhərli maddədən qaynaqlanma ehtimalının az olduğunu qeyd edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru