Yanvar aprel ayında hara nə qədər xırcləmişik

17-05-2022, 00:05           
Yanvar aprel ayında hara nə qədər xırcləmişik
2022-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq mallar satılıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 16 may tarixli hesabatında əks olunub.
Məlumata əsasən, həmin pulların 7,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 6 milyard manatı qeyri-ərzaq mallarına xərclənilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3% artıb.
Qeyd edilib ki, bu ilin yanvar-aprel ayları ərzində istehlakçılar aldıqları mallara xərclədiyi pulun 51,5%-ni ərzaq mallarının, 5,6%-ni içki və tütün məmulatlarının, 13,3%-ni toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 %-ni avtomobil benzini və dizel yanacağının, 2,4%-ni əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf ediblər.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,7 manatlıq, o cümlədən 197,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.