Dişləri təkcə şirin qida çürütmür – SİYAHI

17-05-2022, 08:33           
Dişləri təkcə şirin qida çürütmür – SİYAHI
Bizə uşaqlıqdan deyiblər ki, konfet, şokolad, qənd dişlərdə kariyes yaradır, onları şürüdür. Lakin dişləri dağıdan təkcə şirniyyat deyil.
Bakupost.az xəbər verir ki, stomatoloqlar dişlərin düşməni məhsulların, yeməyin siyahısını açıqlayıb.
Stomatoloq ortodont Mariya Balakireva dişlərdə kariyesə duz və turş, qələvili qidaların da səbəb olduğunu bildirib.
Yüksək turşuluqlu ərzaqlar diş arasında ilişib qalaraq minanı dağıdır.
“Ət, kolbasa, sosis, turşular, pitsa, duz, toyuq – hansı ki, diş aralarında ilişib qalır, təmizlənmir, onlar dişlərin dağılmasına səbəb olur.
Xüsusən boğaz üçün olan sovurma konfetlər, şüşə konfetlər təhlükəlidir.
Dişlərində kariyes olanlar nəinki şirindən, duzdan da uzaq durmalıdır. Şorabalar mina qatını daha sürətlə parçalayır”.
Aygün Musayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru