Rusiyanın daha bir feyki- ABŞ generalı Rusiyaya əsir düşdü? FOTO

18-05-2022, 12:40           
Rusiyanın daha bir feyki- ABŞ generalı Rusiyaya əsir düşdü? FOTO
Rusiyanın Mariupolda “Azovstal”a hücumları zamanı əsir götürdüyü hərbçilər arasında ABŞ Xüsusi Əməliyyat Qüvvələri keçmiş komandanlarından admiral Erik Tor Olsonun da olması haqqında iddia səsləndirilib.

Teref.az axar.az-a istinadən xəbər verir ki, bu haqda terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar özünün rəsmi Tvitter səhifəsində yazıb.

“Doğrusa, böyük səs-küy qopar! Öldürülən rus generalına qarşı əsir alınan ABŞ generalı!

Tam bir generallar savaşı! Tam bir müzakirə-bazarlıq mövzusu!”, - Ağar qeyd edib.

Xatırladaq ki, ötən gün “Azovstal” zavodunda müqavimət göstərən ukraynalı əsgərlərin təslim olmasından sonra sözügedən foto yayılıb. Halbuki bu foto 2 mayda Mariupolda bir neçə ukraynalı hərbçinin ruslara əsir düşməsi zamanı yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru