Ukraynada savaşan rus zabitinin arvadından ərinə: "Əlacım olsa idi bu uşaqlara narkotik yeridərdim, gözlərinə baxıb deyərdim ki, "nəfəsiniz kəsilsin, əzab çəkin""

24-05-2022, 11:20           
Ukraynada savaşan rus zabitinin arvadından ərinə: "Əlacım olsa idi bu uşaqlara narkotik yeridərdim, gözlərinə baxıb deyərdim ki, "nəfəsiniz kəsilsin, əzab çəkin""
Ukraynada işğal əməliyyatında iştirak edən zabitlə həyat yoldaşının səsi DTX tərəfindən yazılıb. Qadın şikayət edir ki, Ukraynada dağıdılan şəhərdən Rusiyaya məcburi köçürülən ailələrlə bir şəhərdə yaşayır, onların uşaqları məktəbdə "9 may Qələbə bayramı" keçirmək istəmirlər ki, bu bizim bayram deyil.
Tam tərcümə belədir: "Bu kütbeyinlərin hamısını öldürün, cəhənnəm olsunlar. Əlacım olsa idi bu uşaqlara narkotik yeridərdim, gözlərinə baxıb deyərdim ki, "nəfəsiniz kəsilsin, əzab çəkin". Mən onların lülüşlərini kəsərdim, kürəklərini ulduz formasında doğrayardım, hər gün qulaqlarını, barmaqlarını kəsərdim ki, ağrıdan dözə bilməsinlər"
Əri etiraz edib və deyib ki, axı, söhbət uşaqlardan gedir, həyat yoldaşı cavabında deyib: "Bilsəydin, bu ukraynalılara necə nifrət edirəm. Vova, indi isə lap çox nifrət edirəm. Mən o uşaqları güllələyərdim".
P.S. Yuliya Kopıtovanın 30 yaşı var, anadır. Ukraynalı uşaqlara əzab verərək öldürmək hissi ilə alışıb yanan qadın uşaq xəstəxanasında işləyib. Başqa zabitlərin də səs yazıları da var, məsələn başqa bir qadın ərinə Ukrayna qadınlarını zorlayıb öldürməyi əmr edir.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.