Həkimlər kütləvi məzuniyyətə göndərilir: Virusa xüsusi hazırlıq? - NƏ BAŞ VERİR?

24-05-2022, 19:37           
Həkimlər kütləvi məzuniyyətə göndərilir: Virusa xüsusi hazırlıq? - NƏ BAŞ VERİR?
Pandemiyanın başlaması ilə əlaqədar bir çox sahələr, o cümlədən iaşə obyektləri, təhsil müəssisələri öz fəaliyyətini müvəqqəti də olsa dayandırmaq məcburiyyətində qalsa da, tibb müəssisələri bunun əksinə olaraq işini daha da gücləndirməli oldu.

Belə ki, koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçdi və bununla yanaşı, yeni modul tipli xəstəxanalar istifadəyə verildi.

Həmin dövrdə xəstəxanada çalışan tibb işçiləri də fasiləsiz olaraq çalışmaq məcburiyyətində qaldılar. Pandemiyanın daha geniş yayıldığı müddətdə səhiyyə işçiləri məzuniyyətə çıxmadan davamlı iki il çalışmalı oldular. Artıq bütün dünyada, o cümlədən ölkəmizdə pandemiya səngiyib və aktiv yoluxma sayı demək olar ki, çox azdır. Bunu nəzərə alaraq artıq tibb işçilərinə kütləvi qaydada məzuniyyət müddəti verilməsinə başlanılıb. Teref.az xəbər verir ki, bu barədə Cebhe.info-ya hətta xüsusilə infeksionistlər, epidemioloqlar, pediatrlar daxildir.

Bildirilib ki, hazırda isə tibb işçilərinə ardıcıl olaraq məzuniyyət müddəti verilməsi qarşıdakı yay aylarında bütün işçilərin bundan faydalanması üçündür.

Eyni zamanda, belə fikirlər səslənir ki, həm payız fəslində yeni yaranan meymunçiçəyinin əhatə dairəsi genişlənə bilər, həm də koronavirusun soyuqların düşməsi ilə yenidən güclənməsi ehtimalı var.

Xatırladaq ki, hazırda yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir ki, bunların da bir çoxu modul tipli xəstəxanalardır.

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə ümumilikdə 792 min 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 957 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.