Rusiyanın Ukraynadan oğurlanmış taxılla dolu gəmisi Suriyaya çatdı...-"CNN"

30-05-2022, 10:03           
Rusiyanın Ukraynadan oğurlanmış taxılla dolu gəmisi Suriyaya çatdı...-"CNN"
Yeni peyk görüntüləri göstərir ki, Rusiyanın “Matros Pozınıç” yük gəmisi, ehtimal ki, işğal olunmuş ərazilərdəki Ukrayna təsərrüfatlarından oğurlanmış taxılla Suriyanın Latakiya limanına gəlib. Qeyd olunur ki, bu, Rusiya gəmisinin dörd həftə ərzində ikinci səfəridir.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, "CNN"-in yaydığı məlumata görə, "Maxar Technologies" tərəfindən təqdim edilən yeni görüntülər "Matros Pozınıç"in mayın 27-də Latakiyaya gəldiyini göstərir. Bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra Sevastopol limanında taxıl yükləyən üç gəmidən biridir. O, sonuncu dəfə mayın 19-da Sevastopolda görülüb. Daha sonra Bosfor boğazından keçib və daha da cənubda Türkiyə sahilləri boyunca üzüb . Gəmi təxminən 30 min ton taxıl daşıya bilir.

Digər oxşar gəmi də son iki həftə ərzində Sevastopolda taxılla yüklənib...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru