Rüşvət almaqda ittiham olunan BDU müəllimi DANIŞDI: - “Yoxlanış aparsınlar...”

17-06-2022, 18:18           
Rüşvət almaqda ittiham olunan BDU müəllimi DANIŞDI: - “Yoxlanış aparsınlar...”
Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin bir qrup tələbələri müəllimin onları kütləvi şəkildə imtahandan kəsməsi ilə bağlı iddia ediblər.

İddiada bildirilir ki, sözügedən universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbələri kafedra müəllimi Sədaqət Əhmədovanın onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. DİA.AZ xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün Bizim.Media sözügedən müəllimə Sədaqət Əhmədova ilə əlaqə saxlayıb.

O, yayılan səs yazmanın ona məxsus olduğunu nə təsdiq, nə də inkar edib:

“Deyilən imtahanlar əmrlə olan şeylərdir. Kim nə deyirsə desin, baxın görün mən o imtahanlarda iştirak etmişəm? Xahiş edirəm ki, kamerayla baxsınlar, yoxlanış aparsınlar ki, mən hansısa imtahanda iştirak etmişəmmi? Səhhətimlə əlaqədar icazə almışam, heç imtahanlarda iştirak etmirəm, deyilənlər mümkünsüzdür”,- deyə qeyd edən S.Əhmədova dərman içdiyini bildirərək digər suallarımızı cavablandırmaqdan yayınıb.

Qeyd edək ki, BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ciddi araşdırılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”, - deyə universitetdən bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.