Bloomberg: "Avropa qış qaz ehtiyatlarından istifadə etməyə başlayıb"

18-06-2022, 11:39           
Bloomberg: "Avropa qış qaz ehtiyatlarından istifadə etməyə başlayıb"
Rusiya qazının tədarükünün azalması Avropanı qış üçün nəzərdə tutulan ehtiyatlarını istifadə etməyə məcbur edir. AzVision.az xəbər verir ki, Bloomberg Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, çərşənbə axşamı Avropada qaz anbarları 52% dolu olub və "Gas Infrastructure Europe"-un son rəqəmlərinə görə, onlardakı yanacaq ehtiyatları 1 faiz azalıb.

Qeud edək ki, "Qazprom" Siemens tərəfindən qaz nasos aqreqatlarının təmirdən vaxtında geri qaytarılmaması və mühərriklərdə aşkar edilmiş texniki nasazlıqlar səbəbindən "Şimal axını" ilə qaz tədarükünü planla müqayisədə azaltmaq məcburiyyətində qaldığını açıqlayıb.

“Siemens Energy” iddia edir ki, “Şimal axını” üçün qaz turbinlərindən biri təmirdən sonra Kanadanın Rusiyaya qarşı sanksiyaları səbəbindən hələ də Monrealdan Almaniyaya qaytarıla bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru