Nüvə silahlarının saxlanma xərcləri AÇIQLANDI

20-06-2022, 11:44           
Nüvə silahlarının saxlanma xərcləri AÇIQLANDI
Dünyanın doqquz nüvə dövləti 2021-ci ildə öz arsenalını saxlamaq üçün 82,4 milyard dollar xərcləyib.

Bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Şirkətin dərc etdiyi “2021-ci il üçün Qlobal Nüvə Silahları Məsrəfləri” hesabatında bildirilib.

Sənədə əsasən, ABŞ nüvə silahına xərclənən vəsaitin həcminə görə 44,2 milyard dollarla birinci yeri tutub. İkinci yerdə Çin (11,7 milyard dollar), üçüncü yerdə Rusiya (8,6 milyard dollar), dördüncü yerdə Böyük Britaniya (6,8 milyard dollar), beşinci yerdə isə Fransa (5,9 milyard dollar) qərarlaşıb.

Hindistan, İsrail və Pakistan bu məqsədlə bir milyard dollardan çox xərcləyib. Şimali Koreya isə 642 milyon dollarla sonuncu olub.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru