Baffet ilə nahar üçün 19 milyon dollar ödəməyə razı oldu - REKORD TƏKLİF

20-06-2022, 11:07           
Baffet ilə nahar üçün 19 milyon dollar ödəməyə razı oldu - REKORD TƏKLİF
Uorren Baffet (Warren Buffett) 21-ci və son ianə üçün 19 milyon dolları ödəməyə razı olan və adı açıqlanmayan zəngin adamla nahar edəcək.

Marja xəbər verir ki, eBay-də hərrac cümə günü başa çatıb.

2020 və 2021-ci illərdə pandemiya səbəbindən ianələr üçün nahar təşkil edilməmişdir. 2019-cu ildə kriptovalyuta sahibkarı Castin Sun Buffet ilə nahar üçün 4,57 milyon dollar ödəyib.

Buffettlə nahar etmək istəyənlər ianələrini ABŞ, San Fransiskoda yerləşən Glide xeyriyyə təşkilatına göndərirlər. Bu təşkilat yoxsullara, evsizlərə kömək edir, qida, HİV və hepatit testləri, məşğulluq kursları və uşaq proqramları təqdim edir.

eBay-dan verilən açıqlamada naharın xeyriyyə məqsədi ilə indiyə qədər ən bahalı nahar olduğu bildirilib.

2000-ci ildə nahar hərracı təşkil etməyə başlayan Warren Buffett 21 tədbirlə ümumilikdə 53,2 milyon dollar ianə toplamağa kömək edib.

Bu il hərracın qalibi və yeddi nəfərə qədər qonaq Manhettendə "Smith & Wollensky Steakhouse"da Baffettlə nahar edəcək.

Baffet axşam yeməyində hər şeydən danışır, lakin milyarder investor növbəti sərmayəsinin nə olacağı ilə bağlı heç bir suala cavab vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.