"Bundan sonra Nikola söz deyəni küçədə güllələyəcəklər" - Erməni mediası
20-06-2022, 12:35

Ermənistanda Paşinyanın təhqir olunmasına görə ölümlə nəticələnən silahlı insident müəmması böyüyür. AzVision.az xəbər verir ki, 7 nəfərin yaralanması 1 nəfərin ölümü ilə nəticələnən qalmaqallı hadisə erməni cəmiyyəti və mətbuatının gündəminə çevrilib. Siyasətçilər, ziyalılar, hüquq müdafiəçiləri məlum olayın təfərrüatlarının gizlədilməsindən narahatlıqlarını ifadə edirlər.
Hüquq müdafiəçisi Ruben Melikyan yerli mediaya açıqlama verərək deyib ki, Ermənistan Polisinin insidentdən sonra tələsik və malalanmış formada açıqlama yayması sadəcə biabırçılıqdır.
- Polisin yaydığı bəyanat bütün istintaq prosesini şübhə altına almaq üçün kifayət edir. Çünki indidən fərziyyə irəli sürülür ki, “arzuolunmaz” fərziyyələr silahlı insident məişət zəminində olub, siyasi çalar qatmaq lazım deyil... Yəni əvvəlcədən, araşdırmadan hadisəyə qiymət verilib, siyasi motiv təkzib olunur. “Arzuolunan” fərziyyə kimi isə “avtomat deyil, ov tüfəngindən" istifadə olunması dərhal təsdiqlənib,- hüquq müdafiəçisi deyib.
Redaktor Syak Hakobyan da məlum insidentlə bağlı maraqlı yazı dərc edib. O qeyd edib ki, “Əvvəlcə insanlar manipulyasiya edildi, gördülər ki, onları susdurmaq mümkün deyil, öz qalalarını möhkəmlətməyə başladılar. Bu da kömək etmədi. İndi isə onları öldürürlər. Özü də düz küçənin ortasında. Bəs deyirdiniz artıq geriyə dönüş yoxdur?(Keçmiş rejimin mitinqdə etirazçıları gülləmsini nəzərdə tutur-red.) Bəs bu nədir? Siz də onlarla eyni adamlarsınız, bütün köhnə pis vərdişlərin daşıyıcısısınız və bu sizin üçün həmişə normal hal olub. Kimin kimə və necə söydüyünün fərqi yoxdur".
Hakobyan onu da qeyd edib ki, Serjikin zamanında belə danışan adamları uzağı depressiyaya salır, alçaldırdılar. İndi Nikola qarşı danışanları öldürürlər.
Xatırladaq ki, Ermənistan KİV-i ötən gün axşam saatlarında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Matevos Asatryanın qohumları və Araqatsotn vilayətinin vitse-qubernatoru Edqar Pırvanyanın əmisi oğlunun bir qrup şəxslə münaqişəyə girdiyini yazmışdı. Silahlı insidentə səbəb isə gənclərin baş nazir Nikol Paşinyanı təhqir etməsi olub. Matevos Asatryan hadisədə iştirakını inkar edib. Bu gün isə Ermənistan Polisi bir nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnən silahlı insident barədə məlumat yayıb. Polis hadisədə siyasi çalarların axtarılmaması tövsiyə edib.
Tural Tağıyev