DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin əmisioğludur

2-07-2022, 00:05           
DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin əmisioğludur
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışıb.
Teref.az-ın əldə etdiyi məlumata görə Rəşad Tofiq oğlu Babayev həqiqətən nazir Sahil Babayevin əmisioğludur.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru