Kütləvi zəhərlənmənin baş verdiyi mağazalar şəbəkəsinin sahibi görün kimdir - 11 milyonluq şirkət - FOTO

4-07-2022, 17:19           
Kütləvi zəhərlənmənin baş verdiyi mağazalar şəbəkəsinin sahibi görün kimdir - 11 milyonluq şirkət - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib. Bu barədə TƏBİB məlumat yayıb.

TEREF.AZ xəbər verir ki, "Bolmart" mağazası "Promart" MMC-yə məxsusdur.

Həm "Bolmart" mağazalar şəbəkəsinin, həm də "Promart" MMC-nin qanuni təmsilçisi Ramil Məmmədov Əşrəf oğludur.

Məlumat üçün bildirək ki, "Bolmart" mağazalar şəbəkəsinin nizamnamə kapitalı 100.00 AZN, "Promart" MMC-nin nizamnamə kapitalı isə 11483000 AZN-dir.

Xatırladaq ki, mart ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Promart" MMC ("Bolmart" mağazalar şəbəkəsinin sahibi) barədə iş qaldırmışdı.32gun.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru