Mütəxəssislər də təəccübləndi

7-07-2022, 09:40           
Mütəxəssislər də təəccübləndi
Meymunçiçəyinin yoluxma əlamətləri dəyişib

Meymunçiçəyi virusuna yoluxma əlamətlərində dəyişiklik qeydə alınıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, “The Lancet” dərgisində yayımlanan məlumatda aparılan tədqiqat zamanı meymunçiçəyi virusuna yoluxma hallarının araşdırıldığı və mütəxəssislərin təəccübünə səbəb olan fərqliliklər müəyyənləşdiyi qeyd edilir. Yoluxmadakı əlamətlər daha öncəki yoluxma faktlarından fərqlənir.

Tədqiqat İngiltərənin Chelsea və Westminster xəstəxanaları tərəfindən aparılıb. Məlum olub ki, hazırda meymunçiçəyinə yoluxma hallarında yorğunluq və hərarət daha az müşahidə edilir. Amma cinsi orqanlarda yaralara daha tez-tez rast gəlinir.

Mütəxəssislər bu fikirdədir ki, meymunçiçəyi virusunun yayğın olmadığı ölkələrdə yoluxma sayının artmasında cinsi münasibətlər əsas rol oynayır. İngiltərədə 2 həftə ərzində 40-41 yaş aralığında olan kişilər cinsi orqanlardakı səpkilər səbəbiylə klinikalara müraciət edib.

Bu insanların Afrikaya səyahət etmədiyi də müəyyənləşib. Müraciət edənlər meymunçiçəyinə yoluxmuş insanlarla yaxın təmasda olduqlarını fərq etməyiblər.

Bu da müəyyənləşib ki, müraciət edənlər arasında 1 və daha artıq qadınla cinsi münasibətdə olanlar da az deyil. Bu da meymunçiçəyinin cinsi yolla yoluxması, partnyorların tez-tez dəyişdirilməsinin yoluxma sayını artırdığını göstərir. Yoluxmuş şəxslərin cinsi orqanlarında səpkilər, suluqlar əmələ gəlib.

5 nəfər xəstəxanaya yatızdırılıb, ölüm halı isə olmayıb. Bu xəstələrə cinsi yolla keçən başqa yoluxucu xəstəlik diaqnozu da qoyulub.

Hazırda Avropa və Şimali Ameriakada meymunçiçəyi virusuna 5 min 700-dən çox yoluxma faktı qeydə alınıb. Mütəxəssislər həssas dönəmdə insanları sanitar-gigiyenik qaydalara ciddi riayət etməyə çağırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.