Peyvənd olunmuş insanlarda özünü göstərən koronavirus simptomu müəyyən edilib

8-07-2022, 09:25           
Peyvənd olunmuş insanlarda özünü göstərən koronavirus simptomu müəyyən edilib
Avropada COVID-19-a yoluxanların sayı artmağa başlayıb. Koronavirusun simptomları peyvənd edilmiş insanlarda da görünür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “ZOE Health Study” tədqiqatçıları aşılanmış insanlar arasında ən çox rast gəlinən bir simptom aşkar ediblər.

Bildirilib ki, tam peyvənd olunmuş şəxslərdə COVID-19-un əlamətdar simptomu asqırmadır.

“Əgər aşılanmısınızsa və izah edilməyəcək qədər çox asqırmağa başlamısınızsa, xüsusən də xəstəlikdən daha çox risk altında olan insanların yanında yaşayırsınızsa və ya işləyirsinizsə, COVID-19 testindən keçməlisiniz”, - araşdırmaçılar vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələrində son sutkada 44 471 koronavirusa yoluxma faktı aşkarlanıb. Eyni zamanda xəstəlik 160 nəfərin həyatına son qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru