Qarabağın bizdə olmayan hissəsini də ermənilər TİKİR... - BU NƏDİ BELƏ?

8-07-2022, 10:43           
Qarabağın bizdə olmayan hissəsini də ermənilər TİKİR...
Müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı”larının nəzarərində qalan Xocalı rayonu mərkəzinin ərazisində separatçı-terrorçu rejim tərəfindən Xankəndi-Əsgəran magistral yoluna bitişik çoxmənzilli və fərdi yaşayış evlərindən ibarət tikilməkdə olan iki məhəllədən əlavə, daxili mərkəzi yolun yaxınlığında daha bir yeni məhəllənin tikintisinə başlanılıb.

Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediasına qondarma rejimin qanunsuz "şəhərsalma nazirliyi" məlumat çatdırıb.

Layihəyə əsasən ərazidə iki və üç və dördotaqlı olmaqla 53 fərdi yaşayış evi tikiləcək.

Qeyri-qanuni qurumdan əlavə ediblər ki, Xocalı ərazisi ölkənin ən böyük tikinti sahələrindən biridir. Müharibə nəticəsində köçkün düşmüş erməniləri mənzillə təmin etmək üçün irimiqyaslı mənzil tikintisi layihələri çərçivəsində şəhər ərazisində eyni vaxtda üç məhəllə tikilir...

P.S. Görəsən, bu ermənilər Moskvaya arxayındır ki, Xocalıdan çıxmayacaqlarına əmin olub orada yeni yaşayış məhəllələri salırlar?..














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru