Qazinin məhkəmədə ölümü: kim məsuliyyət daşıyır? - AÇIQLAMA

8-07-2022, 15:17           
Qazinin məhkəmədə ölümü: kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Kredit borcuna görə zaminin maaş və əmək haqqından 50 faizdən artıq tutulmasına qanun icazə vermir. Mütləq vəfat edən şəxsin kartının blok olma səbəbini araşdırmaq lazımdır. Teref.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc ötən gün Sumqayıtda məhkəmə qərarlarının icrası binasında 5 uşaq atası olan qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü haqda danışarkən deyib.

O bildirib ki, zaminin gəlirinin 50 faizinin tutulması qanunu Milli Məclis tərəfindən qəbul edilib:

“Kart yüz faiz həcmində bloklanıbsa, gəlirin hamısı ödənişə yönəldilibsə, burada artıq birbaşa məsuliyyəti icra məmuru və məmurun tələblərini yerinə yetirən bank daşıyır ”, - hüquqşünas deyib.

Qeyd edək ki, dünən qazi, polkovnik-leytenant Şahmurad Məmmədov Sumqayıtda məhkəmə binasında ürəyi partlaması nəticəsində dünyasını dəyişib.

İddialara görə, məhkəmə və bank 5 uşaq atası olan Ş.Məmmədovun bütün pensiyasını borca yönəldib, kartı isə bloklanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.