Məhkəmədə vəfat edən qazi kimin borcunu ödəyirmiş? - Oğlu ölümün təfərrüatından danışdı

8-07-2022, 20:54           
Məhkəmədə vəfat edən qazi kimin borcunu ödəyirmiş? -
Xəbər verildiyi kimi, dünən polkovnik-leytenant Şahmurad Məmmədov Sumqayıtda məhkəmədə ürəyi partlayaraq vəfat edib.

Qarabağ qazisi Rey Kərimoğlu feysbuk hesabında polkovnikin təqaüdünün hamısının borca yönəldilməsi ilə bağlı məhkəmədə ürək tutmasından vəfat etdiyini yazıb. Dia.az xəbər verir ki, polkovnik-leytenantın oğlu Üzeyir Məmmədov Cebhe.info-ya atasının təqaüdünün çox hissəsinin kredit borcuna çıxıldığını deyib:

"Atamın öz borcu deyildi. Zamin durduğu adamın borcuna görə hər ay təqaüdünün 20-25 faizini ödəyirdi. Bu ay isə çox, yəni 400 manatdan artıq məbləğ tutulub. Atam da qanunsuzluğa görə məhkəməyə vermişdi. Ürəyi xəstə idi, bir neçə dəfə infarkt keçirmişdi. Orada da əsəbiləşib, yenidən infarkt keçirib. Bacıma zəng ediblər ki, gəlin, atanızı aparın. Ora çatanda artıq gördüm ki, atam dünyasını dəyişib. Atam kirayədə yaşayırdı".

Xatırladaq ki, qazi polkovnik bu gün dəfn olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.