"MİDA-nın açıqlamasında cinayət məsuliyyəti yaradan "qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib" - Ekspert

9-07-2022, 00:15           
"MİDA-nın açıqlamasında cinayət məsuliyyəti yaradan "qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib" - Ekspert
“MİDA mənzillərinin sonuncu onlayn satış nəticələri ləğv edildi. Gözlənilirdi. MİDA və DTX-nin birgə müraciətindən görünür ki, "Güzəştli mənzil" sisteminə qanunsuz müdaxilə olub. DTX-nin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, açıqlamada cinayət məsuliyyəti yaradan "qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib: “Əlbəttə, baş verənlərdə, bərabər seçim imkanlarının pozulması, dövlət qurumunun fəaliyyətinə maneçiliklər və s. müzakirə predmeti deyil. Bununla belə, əgər "qanunsuz müdaxilə" yalnız seçim prosesini sadəcə sürətləndirən botlardan (xüsusi kompüter proqram təminatları) istifadə ilə bağlıdırsa, əgər sistemin kodlarına müdaxilə yoxsa, hansısa kiber hücum olmayıbsa, həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq normalara görə burada hər hansı cinayət tərkibi yoxdur. Əgər adı çəkilən saxlanılanlar seçimi sürətləndirmək üçün botlarla bərabər, sistemə və onun kodlarına hər hansı müdaxilə ediblərsə, kodları sındırıblarsa, məsələn, sistemə qarşı ddos hücum da təşkil ediblərsə onda bu, əlbəttə cinayət məsuliyyəti yaradır. O ki qaldı MİDA-nın növbəti mənzil satışının daha ədalətli və effektiv qurulması məsələsinə, bununla bağlı quruma əvvəllər də xeyli təkliflər təqdim etmişik. Ümid edirəm nəzərə alacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru