Əsassız iddialar: “Böhtanla telekanalın nüfuzunu ləkələmək mümkün olmayacaq” – VİDEO

13-07-2022, 08:25           
Əsassız iddialar:
Xəstə uşaqların müalicəsi, şəhid ailələrinə qayğı, qazilərimizin sağlamlığının bərpası, bütün bu mühüm işlər dövlətin həyata keçirdiyi sosial siyasətin sayəsində mümkün olur. Cəmiyyətin vəzifəsi isə dövlətimizin bu siyasətini dəstəkləmək, imkan daxilində kömək etməkdir.

Bu baxımdan ictimai platformalar rolunu oynayan telekanallar da cəmiyyətdə həmrəylik, birlik, qarşılıqlı yardım ruhunu inkişaf etməsinə öz tövhəsini verə bilər.

Bu mənada ATV telekanalı xeyriyyə kampaniyalarının uğurla aparılmasında təcrübəyə malikdir.

Bu cür kampaniyaların hər bir mərhələsi milyonlarla tamaşaçını gözü qarşısında keçirilir. Xeyriyyə kampaniyaları başlamazdan əvvəl telekanalar xəstəlik diaqnozunu və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazimi sənədlərin təqdim edilməsini tələb edir.

Müalicə üçün toplanan ianələr isə birbaşa xəstə uşaqların valideynlərinin təqdim etdiyi bank hesablarına edilir.

Bu mövsümdə ATV-nin “Bizimləsən” verilişində həyata keçirilən yardım kampaniyalarında toplanan vəsaitin xərclənməsini əks etdirən sənədlərdə nümayiş olunub.

Daha ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.