Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi

13-07-2022, 11:40           
Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi
Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub?
Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

TEREF "Qafqazinfo"ya istinadla xəbər verir ki, kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"ya bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: "Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru