“Payızda bəzi siniflər distant tədrisə keçə bilər”

28-07-2022, 00:17           
“Payızda bəzi siniflər distant tədrisə keçə bilər”
“Yoluxma sayının artması ilə bağlı payızda məktəblərin bağlanması ehtimalı məncə az olacaq. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər”.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazirin sözlərinə görə, tamamilə bağlanma nəzərdə tutulmur:

“Keçən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru