Atlantik okeanının dibində sanki insan əli ilə qazılmış dəliklər aşkar edilib

28-07-2022, 12:58           
Atlantik okeanının dibində sanki insan əli ilə qazılmış dəliklər aşkar edilib
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası idarəsinin mütəxəssisləri Atlantik okeanının dibində bir neçə qeyri-adi dəlik aşkar ediblər.

Kəşf iyulun 23-də mütəxəssislər tərəfindən Atlantik okeanda, Azor adalarından şimalda, suyun təxminən 4,7 kilometr dərinliyində araşdırma apararkən edilib.

Milli Okean və Atmosfer Administrasiyası idarəsinin yayımladığı fotolarda dəliklərin düz qumlu səthdə olduğu müşahidə edilir.

Alimlər hələlik qeyri-adi tapıntını şərh etməyiblər.

“Biz bu bölgədəki çöküntülərdə bir neçə belə dəliklər dəstini müşahidə etdik, lakin onların mənşəyi sirr olaraq qalır. Onlar sanki insan tərəfindən yaradılmışdır. Çuxurların ətrafında az miqdarda çöküntü olduğuna görə, sanki onları nə iləsə qazıblar”, – qurumdan bildirilib.

Mənbə: Phys.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru