"Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen

28-07-2022, 10:55           
 "Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen
Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı ölüb və yaralanıb.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin bildirib.

O, Ağ evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir.

E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlər ABŞ-ın Ukraynaya HIMARS sistemləri üçün ATACMS uzaqmənzilli raketlərin göndərilməsini dəstəkləyir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir müddət əvvəl Ukraynadakı müharibədə Rusiyanın 15 min hərbçisinin öldüyünü bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru