Daha bir «tender çempionu» tapıldı: «Supply-A» QSC... - hansı tenderləri udur?

28-07-2022, 18:25           
Daha bir «tender çempionu» tapıldı: «Supply-A» QSC... -
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu – «Supply-A» QSC-dir (VÖEN: 8400606421).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 2 milyon 12 min 530 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 13 tenderlə əldə edib – bir tenderin orta qiyməti 154 min manatdır.

«Supply-A» QSC-nin əsas «müştərisi» Baklift-1 İxtisaslaşdirilmiş İstehsalat İdarəsi olub. Şirkət 13 tenderdən 6-nı bu qurumdan qazanmaqla 945 min 463 manat əldə edib. Bu isə ümumi tenderlərin 47 faizi deməkdir.

Qeyd edək ki, şirkət əsasən lift ehtiyyet hissələri, terminallarının quraşdırılması və boru kəmərlərinin cari təmiri üçün materialların satın alınması işləri üzrə xidmət göstərir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru