Elman Rüstəmov haradadır? - Baş nazirin müşavirinin rəsmi saytda adı yoxdur

28-07-2022, 19:17           
Elman Rüstəmov haradadır? -
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vəzifəsindən çıxarıldıqdan sonra dövlət işində qalıb-qalmadığı məlum deyil.
TEREF.AZ Azpost.info-ya istinadən bildirir ki, bu ilin aprel ayında Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib, AMB sədrliyindən də istefaya göndərilib.
Bundan sonra Elman Rüstəmova yeni vəzifə verilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən açıqlamada bildirilirdi ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Lakin Nazirlər Kabinetinin rəsmi saytında yer alan Aparatın strukturnda çalışan şəxslərin siyahısında Elman Rüstəmovun adı yoxdur.
Qeyd edək ki, iyun ayının 29-da sabiq baş bankir 70 yaşı tamam olub. Yubilieyi münasibəti ilə Prezident İlham Əliyev Elman Rüstəmovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb.
Elman Rüstəmov hazırkı hakimiyyətdə ən uzun müddət üçün vəzifə tutumuş məmur sayılırdı. O, 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.
E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir. 1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.
Azərbaycanda 2015-ci ildə baş vermiş iki devalvasiya E.Rüstəmovun Mərkəzi Bankın sədri olduğu zaman baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.