Dolların uçot dərəcəsi artdı: Manat necə olacaq? - Ekspert danışır

29-07-2022, 15:46           
 Dolların uçot dərəcəsi artdı:
Xəbər verdiyimiz kimi, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 27 iyulda növbəti faiz qərarını açıqlayıb.

Qərara əsasən, dolların uçot dərəcəsi üzrə faiz dərəcələrini 75 baza bəndi artırılıb. Bununla da dolların uçot dərəcəsi 2,25-2,5 faiz aralığındadır.

Dolların uçot dərəcəsinin artması manata necə təsir edəcək? Manat ucuzlaşacaqmı? Dia.az-ın məlumatına görə, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, dolların uçot dərəcəsinin artması manata heç bir təsir etmir:

“Doğrudur, dolların uçot dərəcəsi artanda dollar digər valyutalar qarşısında bahalaşır. Amma bunun manata heç bir təsiri yoxdur. Çünki bununla paralel olaraq neftin də qiyməti dünya bazarında bahalaşır. Bu da Azərbaycanın valyuta ehtiyyatlarının artması deməkdir. Ona görə də dolların uçot dərəcəsinin artması manata mənfi təsir etməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.