Hücum dəf edildi - Rusiya qoşunları itkilərlə geri çəkildi

15-08-2022, 11:29           
Hücum dəf edildi - Rusiya qoşunları itkilərlə geri çəkildi
Ukrayna hərbi qüvvələri Slavyansk, Baxmutsk, Avdivsk və Kramatorsk istiqamətlərində Rusiya qoşunlarının hücumlarının qarşısını alaraq, onları geri çəkilməyə məcbur ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Slavyansk istiqamətində Velika Komışuvaxa, Brajivka, Zalıman, Virnopilli, Mazanivka və Boqorodiçnını müxtəlif tipli artilleriyadan atəşə tutublar. Bununla yanaşı, Tiçotsk - Dolina istiqamətində hücuma keçən rus qüvvələri istəklərinə nail ola bilməyiblər, itkilərlə geri çəkiliblər.

“Düşmən hazırda Kramatorsk istiqamətində hücum əməliyyatı keçirməyə çalışır. Hücum və döyüş təyyarələrindən aktiv istifadə edir. Döyüşlər Beyloxorivka, Xriqorivka, Starodubivka, Veseli, Fedorivka və Siversk istiqamətlərində gedir”, - məlumatda deyilib.

Rus ordusu Baxmut vilayətində Soledar və Kodema istiqamətində hücum əməliyyatə aparsa da, heç bir uğur qazanmayıb, geri çəkilməli olub.

Ruslar Avdivsk vilayətində Srıbnı, Krasnoqorivka, Opıtnı, Pervomayski, Novobaxmutivka və Marinkanı atəşə tutub. Həmçinin Krasnoqorivka yaxınlığında hava hücumu qeydə alınıb. Ruslar taktiki mövqelərini gücləndirmək üçün Piski və qərb istiqamətində hücum döyüşləri aparıblar. Pervomayskiyə hücum uğursuz alınıb, geri çəkiliblər.

Donetsk vilayətinin Pokrovski rayonunun Piski kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır, vəziyyət son dərəcə ağırdır, gərgin döyüşlər davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.