Beyni “toka” verməklə yaddaşı dərmansız yaxşılaşdırmağın yolu tapılıb

24-08-2022, 12:04           
Beyni “toka” verməklə yaddaşı dərmansız yaxşılaşdırmağın yolu tapılıb
Yaşlı insanların beyninə 20 dəqiqəlik elektrik şoku ən azı bir ay ərzində qısamüddətli yaddaşı yaxşılaşdırır.

Boston Universitetinin nevroloqlarının bununla bağlı tədqiqatları “Nature Neuroscience” jurnalında dərc olunub.

Məlumata görə, tədqiqatda 65-88 yaş arası 60 nəfər iştirak edib. Onlar üç qrupa bölünüblər. İştirakçılardan bəziləri impuls almayıb, ikincisində - impulslar beynin qısamüddətli yaddaşla əlaqəli sahəsinə, üçüncüsündə isə uzunmüddətli yaddaşa çatıb.

Terapiyadan sonra yaşlı kişilərdən və qadınlardan sözləri əzbərləmələri tələb olunub. Məlum olub ki, dörd gün ərzində iştirakçıların həm qısamüddətli, həm də uzunmüddətli yaddaşı yaxşılaşıb.

“Beynin kimyasına təsir edən dərman və preparatlardan fərqli olaraq, bu cür yanaşma beyindəki neyronlara təsir göstərir. Elektrik stimullaşdırma, yəqin ki, yaddaş üçün vacib olan sahələrdə yeni neyronların böyüməsini stimullaşdırır. Beynimiz plastikdir və öyrəndikcə dəyişə bilir”, - nevroloqlar qeyd ediblər.

Tədqiqatçılar əlavə ediblər ki, yaddaşı dörd gün ərzində düzələn insanlar bir aydan sonra daha yaxşı yaddaşa sahib olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru