Əs-Sisinin Azərbaycana səfəri ilə bağlı bəzi detallar məlum olub

26-01-2023, 10:14           
Əs-Sisinin Azərbaycana səfəri ilə bağlı bəzi detallar məlum olub
Əs-Sisinin Azərbaycana səfəri ilə bağlı bəzi detallar məlum olub

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərinin tarixi bilinib.

Misirin Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Misir lideri regiona səfəri çərçivəsində ilk olaraq 27-28 yanvar tarixlərində Azərbaycana gələcək.

Diqqətə çatdırılıb ki, bu Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin Azərbaycana ilk səfəri olacaq.

O, Azərbaycana səfərini yekunlaşdırdıqdan sonra Ermənistana yola düşəcək.

Qeyd edək ki, Misir Prezidenti hazırda Hindistanda səfərdədir.

Xatırladaq ki, bu gün Ermənistan Prezident Aparatı Misir liderinin yaxın günlərdə Ermənistana, eyni zamanda, Azərbaycana səfər edəcəyini açıqlasa da, konkret tarixi göstərməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru