Səfirliyimizə hücum əvvəldən planlaşdırılmışdı

28-01-2023, 08:15           
Səfirliyimizə hücum əvvəldən planlaşdırılmışdı
Tehrandakı səfirliyimizə hücumdan öncə İran rejiminə bağlı və rejimin Azərbaycana qarşı təxribatlarını həyata keçirən “Hüseyniyyun” terror qruplaşması “Hüseynçilər 1979” kanalında hücumla bağlı şifrəli mesajlar verib:
- 4 gün öncə “Böyük Cihada hazır olun” adlı sujet yayımlanıb: sujetdə Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtının çatmasından bəhs edilir və qeyd olunur ki, “Əliyev rejimi heç vaxt hesablamadığı yerdən zərbə yeyəcək”;
- Eyni mesaj qruplaşmanın “huseyniyyun” və “virtual muqavimət” adlı teleqram kanallarında da yayılıb;
- Hücumdan təxminən 10 saat öncə eyni şəbəkə “hüseyniyyun himni” adlı musiqini paylaşıb;
Təsadüfə bənzəmir, xüsusilə Azərbaycana “hesablamadığınız yerdən zərbə endiriləcək” mesajı fonunda.
Asxif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru