Kişiləri “ərə gedən” kənd: Orda qadınlar evə kişi gətirir – VİDEO

29-01-2023, 00:24           
Kişiləri “ərə gedən” kənd: Orda qadınlar evə kişi gətirir – VİDEO
Bu kənd təkcə gözəl təbiəti ilə deyil, qəribə adətləri ilə də fərqlənir. Hindistanın turizm məkanlarından biri olan Mavluyong kəndi möhtəşəm təbiətiylə ziyarətçiləri ovsunlayır. Mavluynong əyalətindəki bir kənddə fərqli bir yaşam var: Qadınların hökmran olduğu Hasi tayfası!

Ölkənin şimal-şərqində olan Meghalaya əyalətindəki kənd yalnızmöhtəşəm təbiətiylə deyil, eyni zamanda qadınların suveren olduğu Haşi cəmiyyətinin da ana vətəni kimi diqqəti çəkir. Hasi tayfasıolduqca fərqlidir. Sadəcə oğlan uşağına sahib ailələr uğursuzsayılır. Berlinli fotoqrafı Karolin Klüppel təxminən doqquz ayyaşadığı bu kəndin fotoşəkillərindən ibarət olan “Mädchenland”,yəni “Qızlar Krallığı” adlı bir sənədli sərgi hazırlayıb.

“New York Times” qəzetinin foto bloku “Lens” ə müsahibə verənKlüppel Hasi cəmiyyətində qız uşaqlarının xüsusi bir yeri olduğunubildirib. “Mədəniyyətləri haqqında klassik bir sənədli sərgi etməkistəmədim” deyən foto sənətçisi məqsədinin Hasi qızlarının özündənəmin görünüşü və davranışlarını nümayiş etdirmək olduğunu qeydetdi. Sənətçinin şəkillərində də qız uşaqlarının özlərindən əmindavranışları gözdən yayınmır. Dünyanın nadir toplumlarından biriolan Hasi mədəniyyətində ailənin sərvəti ən kiçik qız uşağına qalır.Ən maraqlısı budur ki, gənclər evlənəndə bəy gəlinin evinəyerləşib yaşayır. Uşaq olanda isə ona qadının soyadı verilir. (publika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.