“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31-01-2023, 12:34           
“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO
Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye vilayəti) şəhərində Rusiyanın NTV telekanalının operatorunu döyüb, müxbirini isə zorlayıblar.

Bu barədə telekanal rəhbərliyinin Rusiya İstintaq Komitəsinə yazdığı ərizədən məlum olub. Sənəd sosial şəbəkələrdə yayılıb.

Yayımlanan sənədə görə, operator Artyom Epifanov və müxbir Olqa Z. redaksiya tapşırığı alıb və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Ukrayna şəhərinə gəliblər.

Çərşənbə axşamı, yanvarın 17-də KİV əməkdaşları “Vorontsovski” hotelinin restoranında şam yeməyi yeyərkən, kamuflyaj geyimli şəxslər onlara yaxınlaşaraq, özlərini “Axmat” batalyonunun döyüşçüləri kimi təqdim ediblər. İşğalçılarla jurnalistlər arasında münaqişə yaranıb. Nəticədə “Kadırovçular” operatoru döyüb və qadın jurnalisti zorlayıblar.

Zərərçəkənlər yerli hərbi rəhbərliyə üz tutublar. Lakin onların müraciətinə baxılmayıb və cinayət işinin açılmasından imtina edilib.

Çıxılmaz vəziyyətdə qalan NTV rəhbərliyi ölkənin İstintaq Komitəsinə yazılı şəkildə müraciət etməyi qərara alıb. Sənəd yanvarın 21-də yazılsa da, yalnız bugünlərdə üzə çıxıb. Rusiya mediasında Silahlı Qüvvələrin gözdən salınmaması məqsədilə hadisənin işıqlandırılmadığı bildirilir.

Mənbə: focus.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.