Azərbaycan korrupsiya indeksində 29 pillə geriləyib - “Transparency International”
1-02-2023, 09:54
“Transparency International” adlı beynəlxalq təşkilat 2022-ci il üçün Korrupsiya Qavrama İndeksini dərc edib.
Yeniavaz.com xəbər verir ki, indeksdə 100 bal korrupsiyanın olmadığını, 0 bal isə korrupsiya səviyyəsinin çox yüksək olduğunu göstərir. 180 ölkənin olduğu siyahıda Azərbaycanın adı 157-ci yerdə qeyd olunub. Korrupsiya Qavrama İndeksi isə 23 olaraq göstərilib. Ötən illə müqayisədə Azərbaycanın 29 pillə gerilədiyi vurğulanıb. 180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan ötən il 30 balla 128-ci olub. Qeyd edək ki, siyahıda Tacikistanın indeksi 24, Türkmənistanın 19, Gürcüstanın 56, Ermənistanın 46 olaraq göstərilib. Siyahıya Danimarka, Finlandiya və Yeni Zelandiya liderlik edir. Tam siyahı ilə buradan tanış ola bilərsiniz. (https://www.transparency.org/en/cpi/2022)