Avstraliyada itən altı mm-lik kapsula görə həyəcan: Vətəndaşlara xəbərdarlıq edildi - FOTO

1-02-2023, 11:28           
Avstraliyada itən altı mm-lik kapsula görə həyəcan: Vətəndaşlara xəbərdarlıq edildi - FOTO
Avstraliyanın qərbində tərkibində radioaktiv sezium-137 olan kapsul itib.

Bu barədə ölkənin Radiasiya Təhlükəsizliyi Şurasının bu gün yaydığı xəbərdarlıqda bildirilir.

Məlumata görə, altı-səkkiz mm ölçülü dairəvi gümüş kapsul yanvarın 12-16-da Pert şəhərinin ətrafında Nyuman yaxınlığındakı mədəndən daşınarkən itib. O, daşınma zamanı vibrasiyadan boşalmış bolt dəliyindən düşüb. Bu, təxminən 1 400 km uzunluğunda olan magistral yolda baş verib.

Yerli hakimiyyət orqanları təkərin protektoru arasında ilişib qalma ehtimalını nəzərə alaraq sürücülərə maşınlarını yoxlamağı tövsiyə edib.

Kapsulu tapanlardan ondan beş metr aralıda durmaları, tapıntı barədə yanğınsöndürmə idarəsinə və təcili yardım xidmətlərinə məlumat vermələri tələb olunur.

Kapsulun sahibi olan “Rio Tinto” baş verənlərlə bağlı üzr istəyib.



Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru