“Qazaxıstan hadisələrindən sonra Putin qorxdu və müharibəyə başladı” – Rusiyalı kəşfiyyatçı
2-02-2023, 11:24

2022-ci il fevralın 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin diktator kimi özünün ölüm hökmünü imzalayıb. Siyasi baxımdan artıq o, ölmüşdür.
Bu fikri müsahibəsində keçmiş DTK əməkdaşı və rusiyalı kəşfiyyatçı Sergey Jirnov səsləndirib. O, qeyd edib ki, Putin pensiyaya getməli idi, amma 2022-ci ildə o, Qazaxıstan nümunəsini gördü və qorxdu («UNİAN»).
Ətraflı
«2022-ci ildə Putin öz həyatında ən böyük axmaqlığı etdi. O, sakitcə, səssizcə istirahətə getməli idi, pensiyaçı olmalı və öz milyardları ilə yaşamalı idi. Amma 2022-ci ilin yanvarında Qazaxıstan onu qorxutdu. O, anladı ki, hətta hansısa elbası olarsa da, hansısa bir Tokayev gələcək, onu silkələyəcək, konstitusiyanı əksinə qaytaracaq, paytaxtın adını əksinə dəyişəcək. Seçki keçirəcək və ölkəni normal axara qaytaracaq. Putin bundan qorxdu və qət etdi: «Mənim heç nəyim qalmayacaq, xarici düşmənə qarşı müharibəyə başlamaqdan savayı yolum yoxdur» - Jirnov hesab edir.
Onun fikrincə, Putin artıq dövlət başçısı kimi mövcud deyil: «Bu barədə dünyanın əsas adamı deyib. Amerika Birləşmiş Ştatlarının Prezidenti onu hərbi cani və qəssab adlandırıb. Ukraynanın rəhbəri də göstərib ki, daha Putinlə heç bir danışıq olmayacaq. Tamam, Putin siyasi baxımdan mövcud deyil. O, artıq başı olmayan toyuqdur, hələ də qaçır, amma onun başı yoxdur».