Bakıda zorlanaraq öldürülən 14 yaşlı qızla bağlı YENİ XƏBƏR - Əvvəlcə anası... - VİDEO

3-02-2023, 10:00           
Bakıda zorlanaraq öldürülən
Fevralın 2-si Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova bıçaqlanıb.

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

14 yaşlı qızının qətlə yetirilməzdən əvvəl zorlandığı və daha sonra öldürülməsi barədə məlumatlar yayılıb. İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Baş Prokurorluğun əməkdaşı Elşad Rüstəmov qətllə bağlı bəzi detalları açıqlayıb: "Hadisə ilə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilib, ekspertizalar təyin edilib. Bir çox suallara cavab üçün ekspertiza rəylərinin daxil olması gərəkdir.

Qızın üzərində bir neçə bıçaq xəsarəti var. Bıçaq zərbəsindən həyat üçün vacib orqanı zədələnib və ölümə səbəb olub. Ananın isə aşağı və yuxarı ətraflarında bıçaq xəsarətləri var. Əvvəlcə anası, sonra qızına xəsarət yetirilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru