“Vəziyyət dramatik idi, biz bütün rezervləri önə çəkdik...” – Kiyevi xilas edən general danışdı
17-02-2023, 10:24

Ukrayna Ordusunun Quru Qoşunlarının komandanı, müharibənin əvvəlində paytaxt Kiyevin müdafiəsinə məsul qruplaşmanın başçısı Aleksandr Sırskiy Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində Kiyev şəhərinin müdafiəsi əməliyyatından danışıb.
“AzPolitika.info” Ukrayna KİV-inə istinadla xəbər verir ki, general-polkovnik Aleksandr Sırskiy müharibənin əvvəlində paytaxt uğrunda mübarizənin ən dramatik epizodunu xatırlayıb. “Bu, tammiqyaslı hücumun dörd, ya beşinci günü – düşmən Moşuna rayonundakı platsdarmı ələ keçirən gün baş verdi. Orda çox təhlükəli sahə var. Ordan Kiyevə az məsafə var. Bu istiqamətlə Şevçenko meydanına, şəhərə dəhliz uzanır. Situasiya həqiqətən də çox dramatik idi”, - general danışıb.
Onun sözlərinə görə, həmin vaxt Kiyevin müdafiəsi üçün bütün tədbirlər görülüb: “Biz bir sutka batayonun komanda-müşahidə məntəqəsində işlədik. Biz bütün rezervləri önə çəkdik. İnanılmaz səylərin hesabına situasiyada qırılmaya nail olduq. Vəziyyət bizim xeyrimizə dəyişdi və düşmən şəhərə daxil ola bilmədi”.
Kiyevin müdafiəsi əməliyyatını qiymətləndirən general qeyd edib ki, USQ qarşıya qoyulan bütün məqsədlərə çatıb: “Artıq aprel ayında Kiyevin ərazisində, Kiyev vilayətində və bizim qruplaşmamızın məsuliyyət zonasına daxil olan digər vilayətlərdə 1 nəfər də olsun düşmən əsgəri qalmamışdı”. .