Rus ordusu özbəklərə və taciklərə səngər qazdırır – Vəd etdiyi pulu isə ödəmir

18-02-2023, 08:24           
Rus ordusu özbəklərə və taciklərə səngər qazdırır –
Rusiya Ukraynanın işğal olunmuş ərazilərində səngər qazmaq üçün Orta Asiya respublikalarından olan vətəndaşları işə cəlb edir.

Rusiyanın tanınmış “Baza” Telegram kanalı bununla bağlı veriliş hazırlayıb. Məlumatda deyilir ki, bu tədbirlər sırasında 40-a yaxın Özbəkistan və Tacikistan vətəndaşı Zaporojye vilayətində səngər qazmağa cəlb ediliblər. Onlara hər səngərə görə 800 min rubl(təxminən 11 min ABŞ dolları) vəd ediblər. Lakin məlum olub ki, fəhlələri aldadıblar və iş başa çatandan sonra danışılmış məbləğin heç üçdə birini də onlara ödəməyiblər. Xəbərdə qeyd olunur ki, Tacikistandan olan fəhlələr Moskvaya qayıtdıqdan sonra polisə şikayət ediblər. Lakin bundan sonra onların problemləri daha da artıb və onlara hədə-qorxu gəlinərək, ərizələrini geri götürmələri tələb olunub.

Kanala danışan tacik fəhlələrdən biri deyib ki, onlarla heç bir rəsmi müqavilə bağlanmayıb. Nəticədə həm pullarını verməyiblər, həm də ağır və təhlükəli şərtlər altında işləmiş fəhlələr ciddi xəsarətlər alıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.