Vardanyan Qarabağdakı hayklara yumurta, meyvə və tərəvəzi də talonla verəcək...

18-02-2023, 11:37           
Vardanyan Qarabağdakı hayklara yumurta, meyvə və tərəvəzi də talonla verəcək...
Azərbaycan Respublikasının 2 il 3 aydan çoxdur ki, Rusiyanın "sülhməramlı" sayılan hərbi qüvvələrinin nəzarətində olan və 32-ci ildir ki, separatçı-terrorçu hayk rejiminin fəaliyyət göstərdiyi ərazisində sakinlərə talonla təqdim olunan ərzaq məhsullarının siyahısı genişləndirilib.

Moderator.az xəbər verir ki, bu haqda jurnalistlərə xuntanın hazırda Putinin "milyarder" desantı Ruben Vardanyanın başçılıq etdiyi qondarma "hökumət"in "yaşayış məsələləri komitəsinin sədri" vəzifəsini icra edən İnna İşxanyan danışıb.

Fevralın 21-dən separatçı rejimin ehtiyatından verilən 5 növ ərzaq məhsullarına daha üç ad əlavə olunacaq: yumurta, meyvə-tərəvəz və bir qeyri-ərzaq məhsulu (paltaryuyan toz).

"Əlavə edilən mal növləri adambaşına ayda aşağıdakı miqdarda veriləcək: 10 yumurta, 6 kq tərəvəz, 4 kq meyvə, 1 qutu yuyucu toz”, - deyə İ.İşxanyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru